Bakı. Könül Kamilqızı – APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirib. APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz yeri olan, eləcə də ictimai-siyasi sferada mühüm xidmətləri olan qadınlar iştirak ediblər.
Tədbirin rəsmi hissəsində prezident tərəfindən təltif olunan qadınlara mükafatlar təqdim edilib. Bundan əlavə, dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərən tanınmış ziyalılar mükafatlandırılıb.
Bədii hissədə isə məşhur müğənnilərin iştirakı ilə konsert proqramı olub. Tədbirin sonunda xeyriyyəçilik məqsədilə əlil qadınların əl işlərindən ibarət satış sərgisi təşkil olunub.