Bakı. Aynur. Əliyeva – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Ağcabədi rayonunda respublikanın 11 rayonunun məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək.
DSMF-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Fondun sədri iyulun 10-da, saat 11:00-da qurumun Ağcabədi rayon şöbəsinin inzibati binasında Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Zərdab, Beyləqan, Laçın, Füzuli, Xocalı, Xocavənd və İmişli rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul təşkil edəcək.
Qeyd edək ki, qəbulda iştirak edəcək vətəndaşların iyulun 10-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Ağcabədi şəhərinə aparılıb gətirilmələri təmin olunacaq. Bundan başqa, vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə müvafiq telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.