Bank Of Baku

Elçin Salmanov: “İndiyədək 150-yə yaxın keçmiş məhkuma müxtəlif istiqamətlərdə xidmətlər göstərib”

Elçin Salmanov: “İndiyədək 150-yə yaxın keçmiş məhkuma müxtəlif istiqamətlərdə xidmətlər göstərib”
# 18 dekabr 2012 11:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə yardımı ilə yaradılan “Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi”nin fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirib.

 

APA-nın məlumatına görə, məhkumlarla bağlı həyata keçirilən layihənin əsas məqsədi cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etməkdir. Mərkəz hazırda bu sahədəki boşluğu dolduran yeganə sosial adaptasiya mərkəzidir.

 

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İB-in icraçı direktoru Elçin Salmanov 2012-ci ilin may ayında fəaliyyətə başlayan Mərkəzin artıq 150-yə yaxın keçmiş məhkuma müxtəlif istiqamətlərdə xidmətlər göstərdiyini bildirib. Onun sözlərinə görə, bu müddət ərzində Mərkəzə edilən müraciətlərin 50 faizi hüquqi yardım, 30 faizi sosial problemlər, 20 faizi isə psixoloji problemlərlə bağlı olub: “Hüquqi yardımla bağlı müraciətlər əsasən yaşayış yeri və qeydiyyat məsələləri, sosial problemlərlə bağlı müraciətlər qanunvericiliyin tələblərinə görə penitensiar müəssisələrdən azadlığa çıxmış şəxslər verilməli olan birdəfəlik sosial müavinətlərlə bağlıdır. Keçmiş məhkumlar bu müavinətlərin alınmasında bəzi problemlərlə üzləşir”.

 

Cəzaçəkmə müəssisələrində məhkumların təhsillə bağlı probleminə də toxunan E. Salmanov təkrar cinayətin təhsilsizlikdən meydana gəldiyini və bu problemin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

 

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin rəisi Azər Seyidov Mərkəzin yaradılmasını və fəaliyyətini yüksək qiymətləndirib: “Azad olunmuş şəxslərin yeni mühitə sosial adaptasiyası 3 mərhələdən keçməlidir. Bu, tanış olma, mənimsəmə və təsdiqləmədən ibarətdir. Tərəfimizdən elmi əsaslandırılmış tədbirlər planı mövcuddur. Bunlar ilk növbədə idman, dini, sosial məsələlərlə bağlı maarifləndirmədən ibarətdir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR