Bank Of Baku

Əli Həsənov: “Gənclərin layihələrə cəlb olunması asanlaşdırılmalıdır” - FOTO

Əli Həsənov: “Gənclərin layihələrə cəlb olunması asanlaşdırılmalıdır” - <span style="color: red;">FOTO
# 02 dekabr 2013 14:02 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Bu gün Azərbaycanda bir gənc liderləşdirilməklə, sabah o liderin imkanları çərçivəsində dövlətin, millətin bu və ya digər problemləri həll ediləcək”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin təqdimatında deyib.

 

Ə. Həsənov bildirib ki, bir lider bir dövləti xilas edir, bir xalqın inkişafını təmin edir: “Hər il beş-on belə lider tapıb, məsələn, idmanda lider, mədəniyyətdə lider, siyasətdə lider, ictimai həyatda lider və sair - onları dövlətin vəsaiti ilə inkişaf etdirmək lazımdır”.

 

PA rəsmisi bildirib ki, bu gün Azərbaycanda dövlət tərəfindən dəstəklənməsinə ehtiyac olan gənclərin sayı maliyyə dəstəyi alan gənclərin sayından qat-qat çoxdur: “İndi nə etmək lazımdır? Gənclər təşkilatları ətrafına baxmalıdır və həmin gənclərin layihələrə cəlb olunmasını asanlaşdırmalıdır. Bunu asanlaşdırmaqla daha çox kontingent cəlb edə bilərlər. Qrantların miqdarını da artırmaq olar, əsas odur ki, heç bir təşəbbüs kənarda qalmasın”.

 

Ə. Həsənov onu da deyib ki, əsas məqsəd dövlət tərəfindən investisiya qoyulası, liderlik qabiliyyəti olan gənci tapmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR