Bank Of Baku

Əmək qanunvericiliyinin pozulması ilə bağlı 3 277 fakt aşkar edilib

Əmək qanunvericiliyinin pozulması ilə bağlı 3 277 fakt aşkar edilib
# 15 aprel 2014 13:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Cari ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması sahəsində ümumilikdə 3 277 fakt aşkar edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, həmin hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyəti işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub. Eyni zamanda tətbiq olunmuş cərimələr üzrə ödənilən məbləğ 2013-cü ilin ilk rübündə ödənilən məbləğlə müqayisədə 21,1 dəfə artıb.

 

Aparılan işlərin əsas məqsədi əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi vətəndaşların əməyinin mühafizəsi ilə işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR