Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankının sertifikatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankının sertifikatına layiq görülüb
# 19 dekabr 2012 13:58 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı yardım proqramlarının effektivliyi nominasiyası üzrə Dünya Bankının sertifikatına layiq görülüb.

 

Nazirlikdən APA-ya verilən xəbərə görə, qeyd olunan sertifikat Dünya Bankının Azərbaycan hökuməti ilə əməkdaşlığının 20 ilinin tamam olması münasibəti ilə keçirilən tədbirdə təqdim edilib.

 

Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri, Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” Layihəsinin (SMİL) direktoru Elnur Sultanov bu sertifikatın təqdim olunmasını nazirliyin Dünya Bankı ilə faydalı əməkdaşlığına, o cümlədən uğurla başa çatmış “Pensiya və Sosial Yardım” Layihəsi və bu layihənin davamı olaraq hazırda həyata keçirilən SMİL-in səmərəli icrasına verilən qiymət olduğunu, o cümlədən ünvanlı yardım proqramlarının aztəminatlı ailələrin yoxsulluq həddindən çıxarılmasına təkan verdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR