Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qaynar xətt”inə müraciətlərin sayı azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qaynar xətt”inə müraciətlərin sayı azalıb
# 05 may 2014 07:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə nazirliyin 142 - “Qaynar Xətt”inə edilən müraciətlərin sayı azalmaqda davam edir.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu ilin aprel ayında “Qaynar Xətt”ə müraciətlərin ümumi sayı ötən ilin müvafiq dövrünə nisbətən 30% azalaraq 505-ə enib.

 

Həmçinin ötən ay müraciətlərin sayı əlillik və reabilitasiya məsələləri üzrə 57,8% azalaraq 47-yə, məşğulluqla bağlı 33% azalaraq 20-yə, əmək hüquqlarının təminatı ilə əlaqədar 45% azalaraq 15-ə düşüb. Ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə isə 142 - “Qaynar Xətt”ə 423 müraciət daxil olub ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 23,4% azdır.

 

Əksər müraciətlər sorğu xarakterli olub və hər bir müraciət nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssislərinin iştirakı ilə cavablandırılıb. Ayrı-ayrı şikayət məzmunlu müraciətlər isə operativ və obyektiv şəkildə araşdırılaraq müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR