Bakı. İlkin Əhmədov – APA-Economics. Azərbaycan Respublikasının Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənov aprelin 11-də Tovuz şəhərində vətəndaşları qəbul edəcək.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, qəbulda Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.