Bakı. Hafiz Heydərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə riayət olunmasına dair əhaliyə müraciət edib.
FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarına riayət olunmalıdır.
"Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı, tam sönənədək nəzarətdə saxlanılmalıdir. Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər, yandırılan şamlar nəzarətsiz qalmamalıdır", - deyə müraciətdə qeyd olunur.
Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.
FHN Novruz bayramında yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
29 fevral 2016 13:09 (UTC +04:00)
Sosial
Deputat: Yeni açılan kofeşoplarda 14-15 yaşlı uşaqlar işləyir
11:03
17 may 2024
Səfərbərlik Xidməti Lənkəranda gənclərlə görüş keçirib
10:58
17 may 2024
Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış keçirilib
10:48
17 may 2024
DİN İdarə rəisi: Ümumi cinayətlərin tərkibində insan alveri cinayətləri 1% də deyil
10:38
17 may 2024