Bank Of Baku

Gəncənin 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçilməsi münasibəti ilə yürüş keçirilib - FOTO - VİDEO

Gəncənin 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçilməsi münasibəti ilə yürüş keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 22 noyabr 2013 12:46 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərinin 2016-cı ilin “Avropa gənclər paytaxtı” elan olunması ilə bağlı bu gün şəhərdə yürüş keçirilib.

 

APA-nın qərb bürosunun xəbərinə görə, ali təhsil müəssisələrinin tələbələri, gənclər təşkilatlarının, QHT-in nümayəndələri şəhər İcra Hakimiyyətinin binasına doğru yürüş ediblər. Yürüşçülər Gəncənin 2016-cı ildə Avropanın Gənclər paytaxtı elan olunmasının şəhər üçün əlamətdar bir hadisə olduğunu, şəhərin tanıdılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

 

Gəncənin Mərkəzi meydanında şəhərin Avropa gənclər paytaxtı seçilməsi münasibəti ilə konsert proqramı təşkil edilib. Şəhərin incəsənət ustalarının çıxışları olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR