Bank Of Baku

Gənclər Fondu 4-cü qrant müsabiqəsinə yekun vurub və yeni müsabiqə elan edib - FOTO

Gənclər Fondu 4-cü qrant müsabiqəsinə yekun vurub və yeni müsabiqə elan edib - <span style="color: red;">FOTO
# 28 dekabr 2013 14:28 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Gənclər Fondundan APA-ya verilən məlumata görə, yığıncağın gündəliyinə dördüncü qrant müsabiqəsinin nəticələrinin müzakirəsi, növbəti müsabiqənin elan olunması, Fondun fəaliyyətini tənzimləyən bəzi sənədlərdə dəyişikliklərin edilməsi və digər məsələlər daxil edilib.

 

Müşahidə Şurasının sədri, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov dördüncü qrant müsabiqəsinin yekunları barədə məlumat verərək bildirib ki, yalnız “C” kateqoriyası  üzrə keçirilən bu müsabiqəyə  oktyabrın 8-dən noyabrın 18-dək  14-29 yaşlı şəxslər tərəfindən 668  fərdi layihə təqdim edilib. Ötən müddət ərzində layihələr Fondda sistemləşdirilmiş və təhlil olunmuş, hər biri haqqında annotasiya və rəy hazırlanıb. Müzakirələr nəticəsində Müşahidə Şurasının üzvləri təqdim olunan layihələrdən 391-nin maliyyələşdirilməsini məqsədəuyğun sayıblar. Gənclərin təşəbbüsləri qiymətləndirilərkən,   təhsildəki yeniliklərə və elmi nailiyyətlərə həsr olunmuş tədbirlərin təşkili, intellektual yarışların və incəsənətin müxtəlif sahələri üzrə müsabiqələrin keçirilməsi, gənc  texniklərin ideyalarının reallaşdırılması, bədii və elmi ədəbiyyata marağın artırılması, könüllülüyün və tolerantlığın təbliği, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası,  ekoloji durumun yaxşılaşdırılması, region gənclərinin ictimai fəallığının artırılması və s. mövzularda  hazırlanan, real icra planı və büdcəsi olan  layihələrə üstünlük verilib. Barələrində müsbət qərar qəbul olunmuş fərdi layihələrin maliyyələşdirilməsi üçün Fond tərəfindən 833 min manat vəsait ayrılıb.

 

Müşahidə Şurası növbəti  qrant müsabiqəsinin elan olunması barədə də qərar qəbul edib. Beşinci müsabiqənin “A”, “B”, “C” və “E” kateqoriyaları üzrə  keçirilməsi nəzərdə tutulub, hər kateqoriya üzrə prioritet istiqamətlər müəyyənləşdirilib. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təklif edib ki, “E” kateqoriyasının məzmunu dəyişdirilsin, həmin istiqamət üzrə Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatlarının strukturunun möhkəmləndirilməsi və təşkilati inkişafının təmin edilməsi ilə bağlı müraciətləri qəbul edilsin. Müşahidə Şurasının iclasında  hər kateqoriya üzrə Fonddan tələb olunan məbləğin yuxarı həddi müəyyən edilmiş, beşinci qrant müsabiqəsinin 2013-cü il dekabrın 29-dan 2014-cü il fevralın 10-dək  keçirilməsi barədə razılığa gəlinib.

 

Müşahidə Şurasının iclasında  Fond tərəfindən  maliyyələşdirilmiş layihələrin icrasına, monitorinqinə və hesabatların təqdim olunması vəziyyətinə həsr olunan geniş toplantının  keçirilməsinin zəruriliyi vurğulanmış, tədbirin yanvar ayının ikinci yarısında təşkil edilməsi barədə razılıq əldə olunub.

 

Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR