Bank Of Baku

Gənclər Fondu ali təhsil müəssisələrində təqdimatlar keçirməyə başlayıb - FOTO

Gənclər Fondu ali təhsil müəssisələrində təqdimatlar keçirməyə başlayıb - <span style="color: red;">FOTO
# 21 oktyabr 2013 08:14 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Gənclər Fondu ali təhsil müəssisələrində təqdimatlar keçirməyə başlayıb. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təqdimat mərasimləri ilkin olaraq Xəzər Universitetində start götürüb. Oktyabrın 18-də keçirilən görüşdə tələbələr üçün Gənclər Fondunun və hazırda keçirilən 4-cü qrant müsabiqəsinin təqdimatı baş tutub.                                                                                                       

 

Gənclər Fondundan bildiriblər ki, oktyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində keçiriləcək.

 

Görüşlərdə tələbələrə Fonda müraciət qaydaları, onlayn qeydiyyat, layihə təqdim etmə və digər zəruri məlumatlar təqdim olunur. Təqdimatlar hal-hazırda keçirilən 4-cü qrant müsabiqəsində gənclərin və tələbələrin fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədilə keçirilir. 4-cü qrant müsabiqəsinin məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir.                                                                     

 

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu 14-29 yaşlı fiziki şəxsləri “C” kateqoriyası üzrə müsabiqədə iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir. Müsabiqə haqqında ətraflı məlumat  http://youthfoundation.az/4cuqrantelani/ - saytında yerləşdirilib.                                                                                                      

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR