Bank Of Baku

Gənclər və idman naziri Azad Rəhimov ABŞ-a rəsmi səfərə gedir

Gənclər və idman naziri Azad Rəhimov ABŞ-a rəsmi səfərə gedir
# 19 mart 2014 12:17 (UTC +04:00)

Bakı-APA. Gənclər və idman naziri Azad Rəhimovun martın 20-dən ABŞ-a rəsmi səfəri başlayır.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, səfərin əsas məqsədi bu ilin 28-30 oktyabr tarixlərində Bakıda Gənclər və İdman Nazirliyi, BMT Baş katibinin Gənclər üzrə Elçisi, UNESCO, Avropa Şurası, BMT-nin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə birlikdə keçiriləcək  Gənclər Siyasəti üzrə I Qlobal Forumuna ikinci hazırlıq toplantısında iştirak etməkdir. Səfər çərçivəsində nazir A.Rəhimovun Qlobal Forumun Bakıda keçirilməsinə dəstək göstərən və özünün 5 illik prioritetlərində gənclərlə işi xüsusi vurğulayan BMT-nin Baş katibi Ban Ki-Muna rəsmi dəvət məktubunu təqdim etməsi də nəzərdə tutulub.

 

24-26 mart tarixlərində Azad Rəhimovun BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi tərəfindən ABŞ-ın aparıcı universitetlərindən biri olan Kolumbiya Universitetində "Gənclərin  qeyri-bərabərliyi və marqinallaşmasının daha yaxşı anlamına doğru" mövzusunda təşkil edilmiş Konfransda çıxışı da nəzərdə tutulub.

 

Eyni zamanda səfər zamanı nazirin BMT-nin İnkişaf Proqramının Administrasiyası rəhbəri xanım Helen Klark, BMT Baş katibinin Məlumat və İctimai əlaqələr üzrə nümayəndəsi Piter Launski-Tiffental və digər şəxslərlə rəsmi görüşlər keçirəcəyi planlaşdırılıb.

 

BMT Baş katibinin Gənclər üzrə Elçisi cənab Əhməd Əlhəndəvi ilə görüş zamanı Azərbaycan respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi arasında Anlaşma Memorandumunun imzalanacağı nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR