Bank Of Baku

Goranboy RİH: Fəhlələrin əmək haqqını ödəməyən Müqayis Verdiyev rayonda sabitliyi pozmağa səy göstərir

Goranboy RİH: Fəhlələrin əmək haqqını ödəməyən Müqayis Verdiyev rayonda sabitliyi pozmağa səy göstərir
# 06 mart 2013 10:09 (UTC +04:00)

 

RİH-dən APA-ya daxil olan açıqlamada bildirilir ki, son günlərdə bəzi KİV-də Goranboy rayonunda aksiyaların keçirilməsi barədə məlumatlar həqiqətə uyğun deyil, rayonda heç bir aksiya keçirilməyib.

 

“Şəhərdə aparılan tikinti-quruculuq işlərində iştirak edən bir qrup fəhlə gördüyü işin müqabilində əmək haqqının verilməməsi ilə bağlı rayon İcra Hakimiyyətinə müraciət edib.  

 

Məlumat üçün bildiririk ki, Goranboy şəhərində tikinti-quraşdırma işləri tenderdə qalib gəlmiş «Fəqan-Xidmət» MMC tərəfindən aparılır. İşçilərin Rayon İcra Hakimiyyətinə müraciəti ilə əlaqədar «Fəqan-Xidmət» MMC-nin rəhbərliyi dəvət edilib, birgə araşdırma zamanı müəyyən olunub ki, digər 4 sahibkar briqadası ilə yanaşı, Müqayis Verdiyevin briqadasına da razılaşma yolu ilə iş verilib və bütün briqadalar tərəfindən görülmüş işlərin dəyəri MMC tərəfindən tam ödənilib. Lakin nədənsə digər briqadaların işçilərinə əmək haqqı ödənildiyi halda, M. Verdiyev işçilərə çatası təxminən 24 min manat əmək haqqını ödəməyib. Ona görə də rayon İcra Hakimiyyətinə müraciət etmiş işçilərə izah olunub ki, gördükləri işlərin dəyəri tam həcmdə M. Verdiyevə ödənilib, odur ki, əmək haqqı tələbi ilə bağlı ona müraciət etsinlər, müraciətləri təmin olunmasa, hüquq-mühafizə orqanlarına şikayət edə bilərlər.

 

Əlavə məlumat üçün bildiririk ki, M. Verdiyev rayonda sabitliyi pozmaq üçün müntəzəm olaraq ciddi səy göstərir. Yuxarıda qeyd edilən hadisə də bu cəhdlərin tərkib hissəsidir.

 

Rayonda vəziyyət tam sabitdir. Bu sahədə hüquq mühafizə orqanları ilə əlaqəli iş aparılır, aparılan işlər ciddi nəzarətdə saxlanılır”, - deyə RİH-in açıqlamasında bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR