Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Onun sözlərinə görə, bu, MM-də yeni hazırlanan “Uşaqların asudə vaxtının təşkili” haqqında qanun layihəsində nəzərdə tutulur. Onun sözlərinə görə, qanun layihəsində uşaqların zərərli vərdişlərdən – siqaretçəkmə, narkomaniya, internet asılılığı kimi hallardan uzaqlaşdırılması üçün müxtəlif üsullar təklif olunur: “Bütün ölkə üzrə kütləvi şəkildə yay düşərgələri yaradılmalı, həftə sonları məktəblilərin rayonlara ekskursiyaları təşkil olunmalıdır. Həmkarlar ittifaqlarında bununla əlaqədar vəsaitlər olmalıdır. İşəgötürənlər də uşaqların asudə vaxtının təşkilinə vəsait ayrımalıdır”.