Bank Of Baku

Hüseyn Bağırov: “Xəzəryanı 5 ölkənin bütün brakonyerləri təkcə mnemiopsislərin vurduğu ziyanı vura bilməz”

Hüseyn Bağırov: “Xəzəryanı 5 ölkənin bütün brakonyerləri təkcə mnemiopsislərin vurduğu ziyanı vura bilməz”
# 21 noyabr 2013 09:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Xəzər dənizindəki mnemiopsislər zooplanktonun (dənizdəki xırda balıqların yediyi xırda onurğasız heyvanlar) həcminin 90 faizini yediyi üçün burada kilkələrin və eyni zamanda kilkələrlə qidalanan nərə cinsli balıqların və suitilərin sayının azalması çox mürəkkəb və ağır problemdir.

 

APA-nın xəbərinə görə, ekologiya və təbii naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib ki, mnemiopsislər Rusiyanın gəmiləri vasitəsilə əvvəl Karib dənizindən Qara dənizə gətiriliblər, indi isə Qara dənizdən Xəzər dənizinə keçiblər.

 

Nazirin sözlərinə görə, Xəzər dənizi qapalı hövzə olduğu üçün təkamül prosesində onun düşməni yoxdur. Mnemiopsislərin dənizdə çox sürətlə yayıldığını deyən H.Bağırov qeyd edib ki, Xəzəryanı 5 ölkənin brakonyerləri bir yerə yığılsa, təkcə mnemiopsislərin vurduğu ziyanı vura bilməz: “Amma bir tərəfdən də təbiətin özünüqoruma mexanizmləri var. Düşünürəm ki, təbiətin özünün müdafiəsi nəticəsində vəziyyət getdikcə sabitləşəcək. Çünki Qara və Azov dənizlərində belə bir ağır problem var idi. Sonra tədricən onun qarşısını təbiət özü ala bildi. 5 ölkənin Su bioresursları Komissiyası məsələ üzərində işləyir. Ayrı-ayrı sahələr üzrə eksperimentlər aparılır”.

 

H.Bağırov qeyd edib ki, komissiya mnemiopsislərin düşməni olan başqa bir jele xarakterli canlının onun öhdəsindən gəlməsini yoxlayıb. Nazirin sözlərinə görə, həmin canlının da Xəzər dənizi üçün yad olması müəyyən təhlükə yaradır: “Həmin canlı mnemiopsisləri yeyib qurtarandan sonra başqa hansı canlıya keçəcəyi böyük suallar yaradır. Ona görə də nazirlik narahatdır ki, onu gətirsək, hər hansı bir yeni çirklənməyə səbəb ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR