Bank Of Baku

İctimai yerlərdə vakant iş yerləri barədə elektron məlumat köşkləri quraşdırılır

İctimai yerlərdə vakant iş yerləri barədə elektron məlumat köşkləri quraşdırılır
# 05 mart 2013 09:15 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən hazırda bu məqsədlə əhalinin sıx toplaşdığı yerlərdə mövcud vakansiyalar barədə məlumatları özündə əks etdirən elektron məlumat köşklərinin quraşdırılması işləri davam etdirilir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, burada əsas məqsəd iş axtaran vətəndaşın məşğulluq xidməti orqanlarına getmədən elektron məlumat köşklərindən istifadə etməklə ayrı-ayrı müəssisələrdə mövcud olan boş iş yerləri barədə operativ məlumat əldə etmək imkanına malik olmasını təmin etməkdir.

 

Artıq belə köşklər rayon (şəhər) Məşğulluq Mərkəzlərinin inzibati binalarında, Bakı və Göyçay Regional Peşə Tədrisi Mərkəzlərində, həmçinin respublikanın bir sıra ali təhsil müəssisələrində quraşdırılıb. Həmin köşklərdə vakansiyalar barədə məlumatlar müntəzəm olaraq yenilənir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR