Bank Of Baku

İlqar Rəhimov: “Nazirlik qış mövsümündə evsiz-eşiksiz insanları sığınacaqlarla təmin etməyə hazırdır”

İlqar Rəhimov: “Nazirlik qış mövsümündə evsiz-eşiksiz insanları sığınacaqlarla təmin etməyə hazırdır”
# 21 dekabr 2012 13:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qış mövsümündə yenidən evsiz-eşiksiz insanları sığınacaqlarla təmin etməyə hazır olduğunu açıqlayıb. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məlumat verib. O bildirib ki, 2012-ci ilin qış fəslində müəyyən problemlər yarandığından evsiz-eşiksiz insanlar Bakının və respublikanın bir sıra yerlərində təşkil olunan sığınacaqlarla təmin edilib. Onun sözlərinə görə, bu sığınacaqların təşkili evsiz-eşiksiz olan vətəndaşların bu fəsadlardan yüngül keçməsinə köməklik göstərib: “Bu qış mövsümündə də havalar şaxtalı keçərsə və bu hansısa problemlər yaradarsa, xüsusi sığınacaqlar qurmağa hazırıq. Bunun üçün hər bir imkanlarımız var. Bu sahədə heç bir problem olmayacaq. Amma bununla yanaşı, digər stasionar sığınacaqların da fəaliyyət göstərməsinə nail olmuşuq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR