Bank Of Baku

İmişli rayonunda yeni məktəb binasının açılılşı olub - VİDEO

İmişli rayonunda yeni məktəb binasının açılılşı olub - <span style="color: red;">VİDEO
# 24 dekabr 2013 22:01 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişli rayonununun Cəfərli kəndində yeni məktəb binasının açılılşı olub

 

APA-nın Mil-Muğan bürosunun bildirdiyinə görə, 120 şagird yerlik və 12 sinif otagı olan məktəb binası ən müasir tələblər səviyyəsində inşa olunub. İki mərtəbədən ibarət olan məktəb binası  istilik enerjisi ilə də təmin edilib. Məktəbdə idman və akt zalı, kitabxana və kompüter otaqları da fəaliyyət göstərir. Bütün  otaqlar inventar və dərs ləvazimatı ilə təchiz edilib. Açlış mərasimində İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edib.  Bildirib ki, regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərcivəsində son on ildə rayonda 30 yeni məktəb binası inşa edilib. 11 təhsil müəssisəsi  isə əsaslı təmir olunub. Hazırda daha bir  məktəbin tikintisi davam edir.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR