Bank Of Baku

İntiqam Babayev 2014-cü ilin Avropa paytaxtı olan Salonikiyə səfər edib

İntiqam Babayev 2014-cü ilin Avropa paytaxtı olan Salonikiyə səfər edib
# 14 aprel 2014 08:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Yunanıstanda səfərdə olan Azərbaycanın Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti aprelin 12-də Afinadan Avropanın Gənclər Paytaxtı seçilmiş Saloniki şəhərinə səfər edib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir müavini İntiqam Babayevi Yunanıstanın Makedoniya və Frakiya üzrə naziri Teodoros Karaoqlu qəbul edib.

 

Görüş zamanı İ.Babayev Azərbaycan nümayəndə heyətinin Yunanıstana səfərinin məqsədləri və ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında məlumat verib. Nazir T.Karaoqlu iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin daha da genişləndirilməsini və həyata keçirilən mübadilə proqramlarında təmsil etdiyi regionun gənclərinin aktiv iştirakını arzulayıb.

 

Daha sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev Saloniki şəhərinin meri Yannis Butarislə görüşüb. Y.Butaris Bakı və Saloniki arasında olan bir çox oxşar cəhətlərdən danış, gələcəkdə Saloniki və 2016-cı ıl Avropanın Gənclər Paytaxtı seçilən Gəncə şəhərinin gəncləri arasında dostluq əlaqələrinin genişləndirilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Öz növbəsində İ.Babayev Gəncə şəhərinin seçimi zamanı verdikləri dəstəyə görə Y.Butarisə öz minnətdarlığını bildirib.

 

Axşam Saloniki şəhərinin “Meqaro Mousikis” konsert salonunda Azərbaycan Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin iştirakı ilə konserti keçirilib. Açılışda ölkəmizin Yunanıstanda fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev çıxış edərək iki ölkənin dostluq əlaqələrindən, Azərbaycan mədəniyyətinin zənginliyindən danışıb. Azərbaycan və dünya bəstəkarlarının əsərlərini gənclərimizin ifasında dinləyən Salonikililər musiqimizdən zövq aldıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR