Bank Of Baku

İntiqam Babayev: “GUAM Gənclər Forumu quruma üzv ölkələrin gənclərinin əməkdaşlıq əlaqələrinə təkan verəcək”

İntiqam Babayev: “GUAM Gənclər Forumu quruma üzv ölkələrin gənclərinin əməkdaşlıq əlaqələrinə təkan verəcək”
# 22 dekabr 2012 10:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün Bakıda GUAM ölkələri gənc liderlərinin forumu keçirilir. APA-nın məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, GUAM Gənclər Forumu rəsmi təşkilat olmasa da, bir sıra beynəlxalq təşkilatlarla münasibətlərdə fəallıq göstərir. Onun sözlərinə görə, forum hər 4 ölkənin gənclərinin əməkdaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək.

 

Daha sonra çıxış edən BMT İnkişaf Proqramının milli koordinatoru Məzahir Əfəndiyev bildirib ki, GUAM ölkələri gənclərinin birlikdə fəaliyyət göstərməsi gələcək üçün böyük perspektivlər açır. Onun sözlərinə görə, üzv ölkələrin ərazi bölüvlüyünün pozulması kimi ciddi problemləri var və bu istiqamətdə haqsız yanaşma ilə üzləşirlər. Məzahir Əfəndiyev bildirib ki, təşkilat fəaliyyətini daha geniş şəkildə aparmaqla bütün dünyanın diqqətini bu məsələlərə yönəldə bilər.

 

Tədbirdə çıxış edən GUAM Gənclər Forumunun sədri İlqar Mustafayev,  Gənclər Təşkilatları Milli Şurasının  sədri Şahin Seyidzadə, Gürcüstan, Moldova və Ukraynanın Gənclər Təşkilatları Milli Şuralarının sədrləri, Azərbaycan Gənclər Fondunun əməkdaşı çıxış edərək forumun işinə uğurlar arzulayıblar.

 

Qeyd edək ki, forumun məqsədi GUAM ölkələri gənc liderləri arasında əməkdaşlıq əlaqələrinin və mübadilənin gücləndirilməsi, “Şərq Tərəfdaşlığı” proqramında fəal iştirakın təmin olunması, üzv ölkələrin Milli Şuraları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.

 

Forumda GUAM ölkələrinin gənc liderləri, həmin ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edirlər.

 

Qeyd edək ki, tədbir “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Prpqramının icrasının təmin etmək məqsədilə keçirilir. Forum dekabrın 24-dək davam edəcək.

 

Forumun sonunda Bakı Bəyannaməsi qəbul olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR