Bank Of Baku

İntiqam Babayev Yunanıstanda görüşlər keçirib - FOTOSESSİYA

İntiqam Babayev Yunanıstanda görüşlər keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 12 aprel 2014 13:33 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) nümayəndə heyətinin Yunanıstana rəsmi  səfəri çərçivəsində UNESCO-nun xoşməramlı səfiri, “Marianna Vardinoyannis Fondu”nun rəhbəri xanım Marianna Vardinoyannis nazir müavini İntiqam Babayevi və Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayevi qəbul edib.

 

GİN-in mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, Azərbaycan-Yunanıstan xalqları arasında dostluq əlaqələrinin mövcudluğunu qeyd edən M. Vardinoyannis bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyini vurğulayıb.

O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi “Heydər Əliyev Fondu”nun xeyriyyə sahəsində fəaliyyətini nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da geniş vüsət aldığını bildirib.

 

Marianna Vardinoyannis Azərbaycana dəfələrlə səfər etdiyini deyib. Azərbaycan musiqiçilərinin Yunanıstanda verdiyi xeyriyyə konsertindən böyük həzz aldığını deyən xanım M. Vardinoyannis Azərbaycanın Yunanıstandakı səfirliyinin də fəaliyyətini yüksək qiymətləndirib.

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev iki ölkə arasında gənclərin əlaqələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək layihələr haqqında danışıb.

 

İ. Babayev Azərbaycan haqqında xoş sözlərə görə və öz dəyərli vaxtını ayırıb onları qəbul etdiyi üçün M. Vardinoyannisə minnətdarlığını bildirib.

 

Nazir müavini Yunanıstan Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr və Əməkdaşlıq üzrə Baş katibi Əməkdaşlıq Bürosunun baş katibi cənab Panagiotis Mihalos ilə görüşüb.

 

Görüş zamanı İ.Babayev Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqqında ətraflı məlumat verib.

 

Daha sonra iki ölkə gəncləri arasında əməkdaşlığın genişləndirilməsi, müxtəlif mübadilə layihələrin həyata keçirilməsi, həmçinin gənclər və idman sahələrində normativ sənədlərin hazırlanması, onların imzalanması məsələləri müzakirə edilib.

 

Dəfələrlə Azərbaycanda olduğunu bildirən cənab Panagiotis ölkəmizdə olan sürətli inkişafı və həmişə oradan xoş təəssüratlarla ayrıldığını söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR