Bank Of Baku

İnzibati Xətalar Məcəlləsinə icbari dispanserizasiyası ilə bağlı dəyişikliklər edilib

İnzibati Xətalar Məcəlləsinə icbari dispanserizasiyası ilə bağlı dəyişikliklər edilib
# 27 dekabr 2013 10:56 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.


Layihəyə əsasən, uşaqların icbari dispanserizasiyası haqqında qanunvericiliyin pozulmasına görə, Məcəllənin 65-2.1 maddəsinə uyğun olaraq uşağın qanuni nümayəndəsi tərəfindən dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsinə və ya həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsinə və ya daimi yaşayış yerini dəyişdirdikdə, bir ay müddətində ərazi üzrə tibb müəssisəsində uçota alınmamasına görə xəbərdarlıq edilir və ya iyirmi manat miqdarında cərimə edilir.


65-2.2 maddəsinə əsasən, dispanserizasiya tədbirlərinin keçirilməsi ilə əlaqədar uşaqlara illik tibbi baxışların və zəruri müayinələrin keçirilməməsinə, uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməməsinə və qiymətləndirilməməsinə və ya hər uşaqla bağlı aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin registrinin aparılmamasına, yaxud uşaqlar arasında xəstəliklərin səbəbləri aşkar edildikdən sonra onların aradan qaldırılması üzrə sosial, sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməməsinə və ya xəstə və xəstələnmə riski olan uşaqların tibbi-sosial müəssisələrdə yerləşdirilməməsinə görə fiziki şəxslər iyirmi beş manat miqdarında, vəzifəli şəxslər əlli manat miqdarında, hüquqi şəxslər isə yüz manat miqdarında cərimə edilir.

 

Layihə səsə qoyularaq qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR