Bu barədə APA TV-də yayımlanan "Sosium" verilişinin qonağı olan “Azərkosmos” ASC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Kamran Əliyev bildirib. Onun sözlərinə görə, peykin əlverişli nöqtədə durması səbəbindən obyektin tutumunun 50 faizdən çoxu artıq realizə edilib: "Hal-hazırda "Azerspace-1"in tutumları daha çox televiziya və radio yayımlarına yönəlik realizə olunur. Paytaxtdan yayımlanan kanalların demək olar ki, hamısı peykə qoşulub. Bir neçə ölkələrin kanallarını da burada görmək olar. Maraq göstərənlər çoxdur. Çalışırıq ki, peykə rəqabətli, baxımlı kontingent yığaq ki, qısa zamanda böyük auditoriya toplasın. Bunun üçün yerli kanallarla yanaşı, Azərbaycanlıların çox sevdiyi Türkiyə, Rusiya kanalları da bizim peykdən yayımlanır və getdikcə onların sayını artıracağıq".
O ki qaldı regional kanallara, “Azərkosmos” rəsmisi deyir ki, hələ onlardan heç biri peykə çıxmayıb: "Amma danışıqlar gedir. Demək olar ki, hamısı müraciət edib. Bizdən asılı olmayan səbəblər var. Gərək onların texniki təhcizatı yetərli olsun ki, kanalın siqnalını peykə yönəldə bilsinlər. Bizim xidmətlərimiz hər kəs üçün açıqdır".
Qiymət məsələsi isə gəldikdə isə Kamran Əliyev bunun kommersiya sirri olduğunu deyib və bu səbəbdən da açıqlanmasını düzgün hesab etməyib: "Qiymət məlumatlarını açıqlaya bilmərik. Amma onu deyə bilərəm ki, qiymətə bir çox amillərin təsiri var. Yəni, bəli bir qiymət yoxdur. Xidmətlərdən, müştərinin özünün texniki təchizatından və yerləşmə coğrafiyasından asılı olaraq qiymətlər dəyişir. Bütün bunlar nəzərə alaraq müştərilərlə fərdi və individual müzakirələr aparılır və bazar mühiti fonunda qiymətlər formalaşır".
Kamran Əliyev qısa müddət ərzində peykin böyük maraq doğurmasını onun yerləşdiyi coğrafi məkan və əhatə dairəsinin geniş olması ilə əlaqələndirib: "Əsilində peykin resursları daha çox xarici bazar üçün nəzərdə tutulurdu. Daxili bazar üçün 20 faiz tutum hesablanmışdı. Lakin ehtiyac olarsa, daxili bazar üçün nəzərdə tutulan həcmi artıra bilərik. O da sevindiricidir ki, həm peykin əlverişli nöqtədə durması, həmdə ən son texnoloji avadanlıqlarla təchiz edilməsi xarici bazarda da böyük maraq doğurub. Bu səbəbdən qısa zamanda bizə xeyli müraciətlər olub. "Azerspace-1" peykinin təkmil texnoloji dizaynı və geniş qoşulma imkanları dünyanın təqribən 1/3 hissəsini xidmətlə əhatə etmək imkanı verir. Bu da o deməkdir ki, milyonlarla insan müasir informasiya və rabitə xidmətlərindən bu peyk vasitəsi ilə rahat istifadə etmək fürsətini qazanıb. Başqa sözlə, ilk peykimizin əhatə dairəsi Qafqaz ölkələri, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa və hətta Afrikaya kimi gedib çıxır”.
Kamran Əliyevin sözlərinə görə, 8 fevral 2013-cü il tarixində orbitə buraxılan "Azerspace-1" peyki düz 11 gündən sonra müəyyən olunmuş yerə çatıb və bu gün artıq peyk 46 dərəcə Şərq uzunluğunda orbital mövqedədir.
Kamran Əliyev: ““Azerispace-1” peykinin mövcud tutumunun 50 faizdən çoxu artıq realizə edilib” - VİDEO
Sosial
FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib - FOTO
FHN-in Şimal-Qərb Regional Mərkəzi Qəbələdə təlim keçirib - FOTO - VİDEO
Kiyev Yunanıstandan "Patriot" sistemləri və 200-ə qədər raket istəyir
FHN yanında İctimai şuranın üzvləri Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olublar
Xəbər Lenti
İranın Küveytə hücumu nəticəsində bir neçə nəfər yaralanıb
MMU-da yüksək nəticəli abituriyentlər üçün "Açıq qapı” günü keçirilib - FOTO
Konqo Demokratik Respublikasında Eboladan ölənlərin sayı 864-ə çatıb
XİN: Odessa yaxınlığında vurulan gəminin kapitanının cənazəsi Azərbaycana yola salınıb
XİN rəhbərinin müavini Nyu-York şəhərində səfərdə olub
Mamdani: Netanyahu Nyu-Yorka gələrsə, həbs olunmalıdır
İranlı hərbi mənbə: ABŞ bu gecə hücum etsə, Dubay və Əbu-Dabi aeroportları dərhal boşaldılmalıdır
Türkiyədə meşə yanğınları başlayıb
“Neftçi”nin “Dinamo” ilə oyunlar üçün heyəti müəyyənləşib
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib - VİDEO
FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib - FOTO
İran ABŞ-la İslamabad memorandumunun icrasını dayandırıb
Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edilib
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 50 nəfər ölüb, 500-dən çox yaralı var
DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli
FT: Zelenski Ukrayna ordusunun Baş Komandanı Sırskinin istefasını nəzərdən keçirir
Son həftədə Moskva istiqamətində 2000-ə yaxın dron hərəkət edib, 207-si şəhərə yaxınlaşarkən vurulub
İrəvanda Fransa səfirliyinin Paşinyanın müavininin də iştirak etdiyi tədbirində əksər qonaqlar zəhərlənib
“Qarabağ”ın oyunu italiyalılara həvalə olunub
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
MN-də milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə qərar verilib
Livan Prezidenti Trampla danışıqlar aparmaq üçün ABŞ-a səfər edib
Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO
ABŞ İsrailə əlavə yanacaqdoldurma təyyarələri göndərir
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib - FOTO
Zelenski Rusiyada neft və logistika obyektlərinə zərbə endirildiyini təsdiqləyib
Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq - SABAHIN HAVASI
“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb
Venesuelada zəlzələdə ölənlərin sayı 5 069 nəfərə çatıb
Asim Xudiyev "Braqa"nın oyununa təyinat alıb
FHN-in Şimal-Qərb Regional Mərkəzi Qəbələdə təlim keçirib - FOTO - VİDEO
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
ABŞ İranda duzsuzlaşdırma qurğusunu hədəfə alıb, 20 kənd su çatışmazlığı ilə üzləşib
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib
Müdafiə Nazirliyi: Rusiyada bir gecədə 400-ə yaxın Ukrayna PUA-sı vurulub
Nyu-York birjasında təbii qazın qiyməti artıb
İranın hücumlarından sonra Küveytdə yanğınlar baş verib, aeroportda bütün uçuşlar dayandırılıb
Dünya bazarlarında neft 4 dollardan çox bahalaşıb
DİN: İtkin düşən 8 nəfər tapılıb
Azərbaycan neftinin qiyməti 91 dolları ötüb
“Hraparak”: II Qaregin ilk dəfə olaraq yeni parlamentin birinci iclasında iştirak etməyəcək
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub
Xırdalanda yaşayış binasında yanğın söndürülüb, xəsarət alan olmayıb - YENİLƏNİB-1 - VİDEO
Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb
BDYPİ sürücülərə müraciət edib