Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbir zamanı “Qarabağ” məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Həmçinin, Novruz bayramı üçün xarakterik olan Azərbaycan mətbəxinin inciləri, bayram xonçaları və s. nümayiş etdirilib.
Qeyd edək ki, “Qarabağ” adlı Azərbaycan dili məktəbi 2011-ci ilin 10 sentyabr tarixində Kanadanın Ottava şəhərində fəaliyyətə başlayıb.
Qeyd olunan məktəb Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilib. Məktəbdə Azərbaycan dilinin tədrisi Vüsalə Əhmədova tərəfindən həyata keçirilir.