Bank Of Baku

Kənd təsərrüfatı naziri Cəlilabadda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Cəlilabadda vətəndaşları qəbul edəcək
# 09 aprel 2014 11:55 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan kənd təsərrüfatı naziri Heydər Əsədov aprelin 18-i Cəlilabadda vətəndaşları qəbul edəcək.

 

APA-Economics”ə nazirlikdən  verilən məlumata görə, qurum rəhbəri saat 11:00-da Cəlilabad Olimpiya İdman Kompleksində (Ünvan: Cəlilabad şəhəri, Qurtuluş küçəsi, 296) Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinləri ilə görüşəcək.

 

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 050-545-00-54) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin nazirliyin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR