Bank Of Baku

Kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə peşə standartları hazırlanır

Kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə peşə standartları hazırlanır
# 20 dekabr 2012 14:58 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi «Sosial müdafiənin inkişafı Layihəsi»nin «ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması» tapşırığı çərçivəsində kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə sahə komissiyalarının növbəti iclası keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mövzu ətrafında geniş müzakirələrin aparıldığı iclasda dəniz nəqliyyatı sektorunda yeniliklərin sürətlə baş verməsi nəzərə alınmaqla, bu sahə ilə bağlı standartların hər 2-3 ildən bir təkmilləşdirilməsi təklif edilib. İclasın sonunda kənd təsərrüfatı və nəqliyyat sahələrində hazırlanmış və müəssisələrlə yerli şəraitə uyğunlaşdırılmış 21 nümunəvi peşə standartının layihə variantı 21 iş günü ərzində rəy və təkliflərin verilməsi üçün sahə komissiyalarının üzvlərinə təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR