Bank Of Baku

Kürün səviyyəsi artıb

Kürün səviyyəsi artıb
# 28 aprel 2014 11:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-130, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-20, Naxçıvan MR çaylarında isə ongünlük normanın 30 faizini təşkil edir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, aprelin 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 38 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 600 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 300 m3/s və ongünlük normanın 42 faizi qədər olub.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 127 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
 

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 10 sm artım, Bankədə 5 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 345 sm, Şirvanda 199 sm, Salyanda 122 sm, Bankədə 197 sm, Araz çayının Novruzlu məntəqəsində isə 82 sm təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR