Bakı – APA-Economics. Bu gün Lənkəran rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə erilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq fevralın 25-də saat 18:00-dək «Lənkəran» və «Xarxatan» qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Lənkəran şəhərinin bir hissəsi daxil olmaqla rayonun Şağlasel, Şiləvar, Xarxatan, Digah, Vilvan, Separadi, Cil, Rvo, Parakənd, Qurumba və Narbağı kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.