Bank Of Baku

Lənkəranda “DSMF-nin elektron xidmətləri” adlı regional təqdimat mərasimi keçirilib - VİDEO

Lənkəranda “DSMF-nin elektron xidmətləri” adlı regional təqdimat mərasimi keçirilib - <span style="color: red;">VİDEO
# 29 aprel 2014 12:05 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəranda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşkilatçılığı ilə Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində “DSMF-nin elektron xidmətləri” adlı regional təqdimat keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarından olan sığorta ödəyicilərinin və pensiyaçıların iştirak edib.

 

DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40%-dən çoxunu əhatə edir və fondun mərkəzi məlumat bazasında 1 mln. 277 min nəfər pensiyaçı və 2 mln. 750 min nəfər sığorta olunan barədə müvafiq məlumatlar toplanıb. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür.

 

Onun sözlərinə görə, 2013-cü il üzrə “Məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənişi” elektron xidməti vasitəsilə 324 302 sığortaedən tərəfindən 560 976 ödəniş həyata keçirilərək, 31 mln. manata yaxın məcburi dövlət sosial sığorta haqqı ödənilib. 2014-cü ilin I rübü ərzində məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi elektron xidmətində 131 653 istifadə sayı müəyyənləşdirilib.

 

DSMF-nin “Sığortaolunanın onlayn uçota alınması” adlı xidməti sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirməyə imkan verir. Bu xidmət vasitəsilə hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsini rəsmiləşdirə bilər. 2014-cü ilin yanvar ayından indiyədək onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 13 mindən artıq fərdi şəxsi hesab açılaraq, sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib.

 

Təqdimat mərasimində o da diqqətə çatdırılıb ki, 2013-cü ilin iyul ayından Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı həyata keçirilir. Bu xidmət vasitəsilə pensiya yaşına çatmış vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən 190 “Çağrı Mərkəzi”nə zəng vurub dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Həmçinin, istənilən vətəndaş  DSMF-nun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə daxil olaraq, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR