Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə şəhərin dəmiryolu vağzalının qarşısındakı meydanda Novruz bayramı münasibətilə kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, yarmarkaya Lənkəran və ətraf rayonlarda, həmçinin Bakı şəhərində fəaliyyət göstərən 32 firma və şirkət tərəfindən 390 tondan çox müxtəlif növ yeyinti məhsulları, meyvə-tərəvəz və şirniyyat çıxarılıb. Satılan məhsullar bazar qiymətindən 25-30% aşağı olub.
Bayram bazarlığına gələnlər qiymətlərin sərfəli olmasından, malların keyfiyyətindən və çeşidindən razı qaldıqlarını bildiriblər.