Bank Of Baku

Lənkəranda bayram yarmarkası keçirilib - FOTOSESSİYA

Lənkəranda bayram yarmarkası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 dekabr 2013 09:08 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəran şəhərinin dəmiryol vağzalyanı meydanında Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan və səhər saatlarından başlayan yarmarkaya əhalinin tələbatına müvafiq olaraq 426 ton müxtəlif növ yeyinti məhsulları çıxarılıb. Bayram yarmarkasında Bakı şəhərindən və respublikasının ayrı-ayrı rayonlarından 17 şirkət və firma iştirak edib. Ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsulların qiymətinin bazar qiymətindən 25-30 faiz aşağı olması rayon sakinləri tərəfindən razılıqla qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR