Bank Of Baku

Lənkəranda bir gündə 22 min ağac əkilib - FOTO

Lənkəranda bir gündə 22 min ağac əkilib - <span style="color: red;">FOTO
# 05 mart 2014 17:32 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatı şöbələrinin iştirakı ilə keçirilən tədbirdə rayonun inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyələr, Lənkəran şəhər Mənzil-İstismar və Kommunal Müəssisələr İdarəsi, 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsi, Lənkəran Meşə Bərpası və Mühafizəsi Müəssisəsi, Hirkan Milli Parkı və digər idarə və təşkilatlar fəallıq göstəriblər.

 

İməciliklər zamanı şəhər, qəsəbə və kəndlərin ərazilərində, park, bağ və meydanlarda, magistral yol və küçə kənarlarında 22 mindən çox müxtəlif növ ağaclar, o cümlədən cənub bölgəsinin təbiətinə uyğun olan palma, dəmirağac, çinar, ağcaqayın, şam ağacları, həmişəyaşıl, dekorativ kolların əkini həyata keçirilib.

 

Rayonda ağacəkmə kampaniyası martın sonunadək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR