Bank Of Baku

Londonda keçirilən Beynəlxalq Kitab Sərgisi başa çatıb - FOTO

Londonda keçirilən Beynəlxalq Kitab Sərgisi başa çatıb - <span style="color: red;">FOTO
# 11 aprel 2014 12:53 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Londonda keçirilən Beynəlxalq Kitab Sərgisi aprelin 10-da başa çatıb.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin sifarişi, Londonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin (AZICS) təşkilatçılığı və ölkəmizin Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan sərgidə təmsil olunub: “Milli ekspozisiyamızı təşkil etmək məqsədi ilə sərgidə 30 kvadratmetrlik sahədə stend avadanlığı quraşdırılmışdı. Burada ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş 115 adda 200 nüsxədən çox kitab və reklam çap məhsulları nümayiş olunub. Bu il ilk dəfə olaraq ölkəmizin "Hədəf" və "Qələm" nəşriyyatlarının kitabları sərgidə nümayiş etdirilib”.

 

Nazirlikdən əlavə ediblər ki, Azərbaycan üçün ayrılmış stenddə "Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı plakatlar yerləşdirilib, maraqlananlara ölkəmizin ev sahibliyini edəcəyi beynəlxalq tədbir haqqında dolğun informasiyaların əks etdirildiyi bröşür və bukletlər paylanılıb: “Bundan əlavə, Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları və adət-ənənələrimizdən bəhs edən video çarx da nümayiş olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR