Bank Of Baku

Məcburi köçkünlərin İmişli rayonu ərazisində yeni salınmış qəsəbəyə köçürülməsi başa çatdırılıb - FOTO

Məcburi köçkünlərin İmişli rayonu ərazisində yeni salınmış qəsəbəyə köçürülməsi başa çatdırılıb - <span style="color: red;">FOTO
# 26 dekabr 2013 13:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. İmişli rayonu ərazisində ikinci mərhələdə tikilən 225 ailəlik qəsəbəyə köçürülmə başa çatdırılıb.

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İmişli rayonu ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş qəsəbə də Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına 2007-ci il 31 oktyabr tarixli sərəncamla təsdiq edilmiş Əlavələrin müvafiq bəndinə əsasən inşa olunub.

 

Bu ərazidə 550 evdən ibarət qəsəbədə ilkin mərhələdə 325 ailə üçün inşa edilən məhəllənin hələ ötən ilin noyabr ayının 14-də açılış mərasimi keçirilib və Dövlət Komitəsinin Repatriasiya Departamenti tərəfindən qısa müddət ərzində həmin qəsəbəyə köçürülməsi nəzərdə tutulmuş məcburi köçkünlər yeni mənzillərə köçürülüb. Bu günlərdə isə ikinci mərhələdə tikintisi nəzərdə tutulmuş 225 ailəlik qəsəbənin inşası başa çatdırıldıqdan sonra İmişli rayonu ərazisindəki fin tipli qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərin yeni qəsəbədəki mənzillərə köçürülməsi də başa çatdırılıb. Ümumilikdə qəsəbənin ərazisi 100 hektar sahəni əhatə edir ki, bundan 32,54 ha qəsəbənin tikintisi üçün, 44,96 ha isə həmin qəsəbəyə köçürülən məcburi köçkünlərə pay torpaqları kimi nəzərdə tutulub. Bundan əlavə, bu qəsəbənin ərazisində də digər yerlərdə olduğu kimi, müasir standartlara tam cavab verən yaraşıqlı 360 yerlik məktəb binası, digər zəruri infrastruktur tikilib. Qəsəbədə 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, feldşer-mama məntəqəsi də məcburi köçkünlərin istifadəsinə verilib.

 

Qəsəbənin elektrik və qaz təchizatı şəbəkələri İmişli rayonunun kommunikasiyalarına qoşulub. Qəsəbədə qazanxana, istirahət parkı, su anbarı, eləcə də pay torpaqlarını və həyətyanı sahələri suvarmaq üçün qapalı suvarma şəbəkəsi, qrunt sularını kənarlaşdırmaq üçün isə qəsəbə ərazisində drenaj şəbəkəsi də tikilib. Məcburi köçkünlər yeni ili yeni mənzillərdə qarşılayacaqlar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR