Bakı - APA. “Ailəmlə bağlı qərarları heç vaxt təkbaşına vermirəm. Parlamentdə düyməni basıb təkbaşına qərar verirəmsə, ailədə hər şeyi məsləhətləşməliyəm”. Bu sözləri APA TV-nin efirində yayımlanan “Kimsən sən” verilişinin qonağı, millət vəkili Jalə Əliyeva qızı Müjganla söhbətində deyib.
Ailədə tək övlad olsa da, uşaqlıqda nadinc olmadığını deyən millət vəkili xatirələrini bölüşüb: “Mən yalnız nənəmgilə gedəndə dəcəllik etmişəm. Bu da yəqin ərköyünlüyümdən irəli gəlir. Amma ümumilikdə, qızımdan fərqli olaraq, sakit uşaq olmuşam. Əslində, nadinclik uşaqlar üçün qüsur hesab olunmur. Mənim nadincliyimin yeganə səbəbi o idi ki, anam işə gedəndə evdə tək qalmaq istəmirdim, bircə bunu nəzərə almasaq, heç çətin uşaq olmamışam. Anam həmişə efirdə olurdu, aparıcı idi. Bu səbəbdən məni də özü ilə apara bilmirdi”.
Ziyalı ailəsində böyüyən Jalə xanım uşaqlıqdan ədəbiyyata marağı olduğunu deyib: “Anam qələm adamı olub, yazıb-yaradıb. Həmişə mənə sual verirlər ki, niyə ananın sənətini davam etdirmədin? Ancaq mənim bu sahəyə marağım olmayıb. Filoloq olmaq istədim və oldum. Atam müəllim idi. Aldığı az məvacibə baxmayaraq, məni hər şeylə təmin etmək istəyirdi. Meyvələrin ən bahalı vaxtında belə məni bazara aparıb, ürəyim nə istəsə, onu da alırdı. Amma mən meyvələrin qiymətinə baxıb atamın maaşını hesablayırdım. O zaman da bir çox istəklərimdən imtina edirdim”.
Jalə Əliyeva ürəyiyumşaqlığın bəzən ona mane olduğunu deyib: “Həddindən artıq mərhəmət, yumşaqlıq, güzəştə getmək mənə mane olur. Bu xüsusiyyətlərimdən bəzi insanlara pay düşməməlidir. Bilirəm ki, bəzilərinə bunu etməməliyəm, sonra əziyyətini özüm çəkirəm. Hər şeyin artığı insana ziyan gətirir”.
Qonaq hüquqşünaslığa həvəsinin necə yaranmasından danışıb: “Oxuduğum kitabların içərisində detektiv və macəra ədəbiyyatı çoxluq təşkil edib. O detektivlər məndə hüquq sahəsinə meyl oyatmışdı. Deyirdim ki, oxuyub çox yaxşı müstəntiq olacağam. Gözümü yumub düşünürdüm ki, açıqlamayan bütün cinayətləri mən açacağam. Bütün incə xüsusiyyətlərimə baxmayaraq, özümdə bir kişi obrazı da yaratmışdım. Amma iş elə gətirdi ki, mən hüquq fakültəsinə sənət verə bilmədim. Çünki o zamanlar ziyalı ailəsindən uşaqların hüquq fakültəsinə qəbuluna qadağa qoyulmuşdu. Fikrimi bir anda dəyişib dilçilik fakültəsini seçmək məcburiyyətində qaldım. Hüquqşünas olmaq istəyim 15 il ürəyimdə qalsa da, sonradan ikinci təhsilimi məhz hüquq fakültəsində aldım”.
“Milli Məclisdə qərar vermək çətindir, yoxsa evdə?” sualına millət vəkili özünəməxsus şəkildə cavab verib: “Əgər mən parlamentdə təmsil olunuramsa, deməli, insanların əvəzinə qərar verməyi bacarıram. Milli Məclisdə qərar verərkən çox böyük məsuliyyət hiss edirəm. O qərar asan başa gəlmir. Çünki o qərarları verəndə mən artıq mən olmuram. Gözümün önünə millətim gəlir. Mən düşünürəm ki, hansı addımı atım ki, vətəndaşlarım üçün faydalı olsun. Ailədə də qərar vermək çətin məsələdir. Ailədə qərar verəndə digər ailə üzvlərini düşündüyüm kimi, qərarımın düzgün olub-olmadığını da götür-qoy edirəm. Mən ailə ilə bağlı qərarlarımı da heç vaxt təkbaşına vermirəm. Parlamentdə düyməni basıb təkbaşına qərar verirəmsə, ailədə hər şeyi məsləhətləşməliyəm. Bütün qərarlarımı böyüklərlə məsləhətdən sonra verirəm”.
Jalə Əliyeva həyatının ən böyük peşmançılığını da dilə gətirib: “Məktəbdə Aliyə müəllimim var idi. Biz onunla ana-bala kimi idik. Mənə qızı kimi davranırdı, mən isə onu mənəvi anam hesab edirdim. Ondan ayrı qalmağım mümkün deyildi. Ancaq necə oldusa, toyuma Aliyə müəlliməni dəvət etməyi unutdum. Bunu hələ də özümə bağışlaya bilmirəm. Aliyə müəllimənin könlünü almaq üçün nə edəcəyimi bilmirdim. Bir dəfə eşitdim ki, məktəbimiz haqqında veriliş çəkiləcək. Mən də rəssama Aliyə müəllimənin rəsmini çəkdirdim və çəkiliş zamanı həmin portreti də götürüb məktəbə getdim. Bu, müəlliməmin çox xoşuna gəlmişdi”.
Millət vəkili Jalə Əliyeva: “Ailəmlə bağlı qərarları heç vaxt təkbaşına vermirəm" - VİDEO
Sosial
FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib - FOTO
FHN-in Şimal-Qərb Regional Mərkəzi Qəbələdə təlim keçirib - FOTO - VİDEO
Kiyev Yunanıstandan "Patriot" sistemləri və 200-ə qədər raket istəyir
FHN yanında İctimai şuranın üzvləri Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olublar
Xəbər Lenti
XİN: Odessa yaxınlığında vurulan gəminin kapitanının cənazəsi Azərbaycana yola salınıb
XİN rəhbərinin müavini Nyu-York şəhərində səfərdə olub
Mamdani: Netanyahu Nyu-Yorka gələrsə, həbs olunmalıdır
İranlı hərbi mənbə: ABŞ bu gecə hücum etsə, Dubay və Əbu-Dabi aeroportları dərhal boşaldılmalıdır
Türkiyədə meşə yanğınları başlayıb
“Neftçi”nin “Dinamo” ilə oyunlar üçün heyəti müəyyənləşib
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib - VİDEO
FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib - FOTO
İran ABŞ-la İslamabad memorandumunun icrasını dayandırıb
Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edilib
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 50 nəfər ölüb, 500-dən çox yaralı var
DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli
FT: Zelenski Ukrayna ordusunun Baş Komandanı Sırskinin istefasını nəzərdən keçirir
Son həftədə Moskva istiqamətində 2000-ə yaxın dron hərəkət edib, 207-si şəhərə yaxınlaşarkən vurulub
İrəvanda Fransa səfirliyinin Paşinyanın müavininin də iştirak etdiyi tədbirində əksər qonaqlar zəhərlənib
“Qarabağ”ın oyunu italiyalılara həvalə olunub
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
MN-də milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə qərar verilib
Livan Prezidenti Trampla danışıqlar aparmaq üçün ABŞ-a səfər edib
Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO
ABŞ İsrailə əlavə yanacaqdoldurma təyyarələri göndərir
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib - FOTO
Zelenski Rusiyada neft və logistika obyektlərinə zərbə endirildiyini təsdiqləyib
Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq - SABAHIN HAVASI
“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb
Venesuelada zəlzələdə ölənlərin sayı 5 069 nəfərə çatıb
Asim Xudiyev "Braqa"nın oyununa təyinat alıb
FHN-in Şimal-Qərb Regional Mərkəzi Qəbələdə təlim keçirib - FOTO - VİDEO
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
ABŞ İranda duzsuzlaşdırma qurğusunu hədəfə alıb, 20 kənd su çatışmazlığı ilə üzləşib
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib
Müdafiə Nazirliyi: Rusiyada bir gecədə 400-ə yaxın Ukrayna PUA-sı vurulub
Nyu-York birjasında təbii qazın qiyməti artıb
İranın hücumlarından sonra Küveytdə yanğınlar baş verib, aeroportda bütün uçuşlar dayandırılıb
Dünya bazarlarında neft 4 dollardan çox bahalaşıb
DİN: İtkin düşən 8 nəfər tapılıb
Azərbaycan neftinin qiyməti 91 dolları ötüb
“Hraparak”: II Qaregin ilk dəfə olaraq yeni parlamentin birinci iclasında iştirak etməyəcək
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub
Xırdalanda yaşayış binasında yanğın söndürülüb, xəsarət alan olmayıb - YENİLƏNİB-1 - VİDEO
Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb
BDYPİ sürücülərə müraciət edib
Ukrayna ordusu Moskva vilayətinə dron zərbəsi endirib, 26 nəfər xəsarət alıb - FOTO
Türkiyədə 5 maqnitudalı zəlzələ baş verib
BMT: Terrorçu qruplar süni intellektdən getdikcə daha fəal istifadə edir