Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsi müzakirə olunub. APA-nın xəbərinə görə, layihə barədə MM-in sədr müavini Valeh Ələsgərov məlumat verib.
Müzakirələrdən sonra Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsi təsdiq edilib.