Bank Of Baku

Mirzə Ələkbər Sabir Fondunun təqdimatı keçirilib

Mirzə Ələkbər Sabir Fondunun təqdimatı keçirilib
# 23 noyabr 2013 14:00 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakıda Mirzə Ələkbər Sabir Fondunun təqdimat mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, fondun prezidenti Sevda Tahirli bildirib ki, Sabir yaradıcılığının öyrənilməsi və irsinin tədqiqi qurumun əsas məqsədlərindən biridir: “Fond 2012-ci ildə yaradılıb. Elə həmin ilin iyun ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Fondun əsas vəzifələri Sabir yaradıcılığını gənclər arasında təbliğ etmək, beynəlxalq aləmdə tanınmasına yardımçı olmaqdır. Fondda Sabir yaradıcılığı ilə bağlı telekörpülər təşkil etmək fikrindəyik”.

 

Tədbirin digər iştirakçıları M. Ə. Sabirin Azərbaycanın ictimai-siyasi, ədəbi mühitindəki rolu barədə çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR