Bank Of Baku

Moskvadakı internat və uşaq evlərinin yetirmələrinə Leyla Əliyeva adından Yeni il hədiyyələri təqdim olunub

Moskvadakı internat və uşaq evlərinin yetirmələrinə Leyla Əliyeva adından Yeni il hədiyyələri təqdim olunub
# 19 dekabr 2013 11:50 (UTC +04:00)

Moskva - APA. Moskvadakı “Baku” Kinokonsert Kompleksində Rusiya paytaxtının internet və uşaq evlərinin yetirmələri, habelə Azərbaycan etnomədəni komponentli 157 nömrəli və gürcü etnomədəni komponentli 1331 nömrəli məktəblərin şagirdləri üçün maraqlı şou təşkil edilib.

 

APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi və Ümumrusiya Azərbaycanlılar Konqresi tərəfindən hazırlanmış bayram tədbirində 500-dən çox uşaq iştirak edib. Şənliyin iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından hədiyyələr təqdim olunub.

 

Uşaqlar üçün bayram yolkası bəzədilib. S. V. Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları “Durnabalığının buyruğu ilə” musiqili tamaşasını təqdim edib. Yolka şənliyinə gələn uşaqlar tamaşaya baxmaqla bərabər, onun iştirakçısı olublar. Uşaqlar Şaxta Baba və Qar Qız ilə birlikdə yolkanın ətrafında dövrə vurub, rəqs ediblər. Foyedə qoyulmuş şokoladlı fəvvarə, nəhəng sabun köpükləri, əl işlərinin sərgiləndiyi dövrə, sulu boya ilə rəngləmək üçün guşələr, rəngbərəng şarlar uşaqlarına marağına səbəb olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR