APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, bu barədə vəziyyətin necə olduğu və indi necə olması barədə ona gündəlik məlumat verilir: “Ümid edirəm ki, məsələ qısa müddətdə öz həllini tapacaq. Bir ay ərzində məsələnin əksəriyyəti öz həllini tapıb. Bizim mesajımızdan hərə öz nəticəsini çıxarıb. Yerlərə adamlar, komissiya göndərmişik. Bir ay ərzində demək olar ki, bu məsələ öz həllini tapıb”.