Bank Of Baku

Nazirlər Kabineti “Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib

Nazirlər Kabineti “Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib
# 11 mart 2013 09:56 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Nazirlər Kabineti (NK) "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib.

 

NK-dan APA-ya verilən məlumata görə, dəyişiklik “Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə ölkə prezidentinin sərəncamının icrasını təmin etmək məqsədi ilə edilib.

 

Dəyişikliyə əsasən, “Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "I.Büdcədən maliyyələşən müəssisələr" bölməsinin "14.Ağdaş rayonunun tibb müəssisələri" hissəsinin 14.6-cı bəndindən "Məşəd" sözü çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR