Bank Of Baku

Nəqliyyat naziri Ziya Məmmədov Sumqayıtda vətəndaşlarla görüşəcək

Nəqliyyat naziri Ziya Məmmədov Sumqayıtda vətəndaşlarla görüşəcək
# 19 noyabr 2013 07:12 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Nəqliyyat naziri Ziya Məmmədov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Görüş vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə təşkil edilir.

 

«APA-Economics»in Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Z.Məmmədovun Sumqayıtda vətəndaşlarla görüşü noyabrın 22-də saat 12:00-da şəhərin tarixi muzeyinin binasında (Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, IV mikrorayon) keçiriləcək. Tədbirdə Sumqayıt, Abşeron və Xızı rayonlarının sakinləri iştirak edə bilərlər.

 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı noyabrın 20-də, saat 09:00-dan 18:00-dək aşağıdakı ünvanlarda aparılacaq: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsi (Sumqayıt şəhəri, S.Vurğun küçəsi,3), Abşeron «4 saylı İxtisaslaşdırılmış Müəssisə» MMC (Xırdalan şəhəri, Heydər Əliyev prospekti,25), Xızı 3 saylı Yol İstismarı İdarəsi (Xızı rayonu, Yeni Yaşma stansiyası).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR