Bank Of Baku

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 26 aprel - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 26 aprel - <span style="color: red;">VİDEO
# 26 aprel 2014 17:56 (UTC +04:00)

Bakı-APA. Ermənilərə başsağlığı vermək, bəlkə də ötən əsrdə qətlə yetirilən milyondan artıq türkün ruhunun təhqir olunmasıdır. Bəlkə də deyil. Kimlərsə ermənilərdən üzr diləyirsə, onlara başsağlığı verirsə, onları “erməni vəqf mülkləri” adı altında Türkiyədə müftə-müsəlləm torpaq, daşınmaz əmlak sahibi edirsə, bu onların vicdanı, onların damarında axan qanın verdiyi hökmdür. Nə qədər ki, soyqırımı iddialarının yalan olduğunu isbatlamaq dövlətin xarici siyasətinin əsas istiqamətinə çevrilməyib, nə qədər ki, bu iddiaların əksini isbatlamaq işinə ildə cəmi bir gün vaxt ayrılır, türkün qəlbini yaralayan bu kimi bəyanatlar, bu kimi başsağlığılar çox olacaq. Amma çaxçax nə qədər baş ağrıtsa da, dəyirman öz işində olacaq, Mehmet Perincəklər, Yusuf Halaçoğlular, Ənvər Konukçular, Cavad Başaranlar hər gün, hər saat əsl soyqırımına bizlərin məruz qaldığını isbatlamaqda davam edəcəklər. Millətin gözündə adını çəkdiyim və çəkmədiyim bu kimi yüzlərlə, minlərlə ziyalılar ermənilərdən səs almaq üçün kilsəyə gedən, onlara başsağlığı verən, hər fürsətdə “siz olmasaydınız, biz ermənilərlə çoxdan problemimizi həll etmişdik” deyə Azərbaycana sitəm edən milyonlarla dırnaqarası “insan”dan, dırnaqarası “türk”dən dəyərlidir. Azərbaycan prezidentinin Praqada Sərkisyana verdiyi cavab əslində həm də ermənilərə quyruq bulayan, onlarla dostluq qurmaq xəyalı ilə yaşayanlara bir mesaj idi. Bu dava Türkiyənin deyil, tük dünyasının, yəni həm də bizim davamızdır, siz davadan vaz keçsəniz belə, biz bu davaya sahib çıxarıq mesajı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR