GÜNÜN ŞƏRHİ
Dünya qlobal böhran prosesinin ən ağrılı mərhələsinə daxil olmaqdadır. Gözlənildiyi kimi, hətta spekulyasiyalar belə neftin qiymətini artırmağa müvəffəq olmadı. Amerika neft İnstitutunun açıqlaması gündəlik orta qiyməti cəmi 12 saat 31 dollar həddində saxlaya bildi. ABŞ Energetika Nazirliyinin ölkənin neft ehtiyatlarının artdığına dair hesabatından sonra neftin qiyməti sürətlə ucuzlaşır. Artıq 30 dollar belə neft üçün psixoloji baryer sayılmır, hətta gün ərzində qiymətlər iki dəfə 30 dolların altına düşüb. Bu səbəbdən qiymətin artmasında maraqlı olanlar həftənin son hərraclarını səbirsizliklə gözləyir, daha doğrusu həftə sonunun çatmasına sevinirlər. Lakin cümə gününün hərracları da neft üçün sevindirici heç nə vəd etmir. Yanvarın 15-də ABŞ ölkənin iqtisadi durumuna dair dörd hesabat açıqlayacaq ki, bu hesabatların pozitiv olması dolların digər valyutalara nisbətən daha da möhkəmlənməsi anlamına gəlir. Bu isə öz növbəsində neftin qiymətinə neqativ təsir edən amillərdəndir. Digər tərəfdən sabah Baker Hughes agentliyi Birləşmiş Ştatlarda qazma qurğularının sayına dair son rəqəmləri elan etməlidir. Qurğuların sayının artması paralel olaraq ABŞ-ın neft ehtiyatlarının artması demək olacaq. Bu səbəbdən 14 yanvar tarixi neftin 30 dollara satıldığı son gün ola bilər.
Vüqar MƏSİMOĞLU
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 Yanvar
14 yanvar 2016 17:15 (UTC +04:00)
Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024