GÜNÜN ŞƏRHİ
Bütün faktorlar neftin lehinə işləməyə başlayıb. ABŞ-da neft hasilatı aşağı düşür, dünyanın bir çox ölkələrində neft hasilatı ilə məşğul olan şirkətlər iflasa uğrayırlar. Hələlik neftin bahalaşmasına təsir edən amillər bunlardır. Bir də psixoloji amillər var, bazar tam şəkildə OPEK və Rusiyanın apreldən hasilatı azaltmaq barədə razılığa gələcəyini səbirsizliklə gözləyir. Artıq Rusiya rəsmiləri bu xəbəri geninə-boluna tirajlayır, bazarda qiymətlərin artımına səbəb olacaq açıqlamaları əsirgəmirlər. 2016-cı ildə neftin ortalama qiymətinin 20 dollar olacağı kimi pessimist fikirlər irəli sürən maliyyə qurumları öz fikirlərini korrektə etməyə başlayıblar. Bu il üçün ortalama qiymət 40 dollar nəzərdə tutulur, lakin bu, ilin ilk altı ayı üçün irəli sürülən proqnozdur. Qiymətlərin iqtisadi proseslərdən çox siyasi faktorların diktəsi altında formalaşdığını nəzərə alan analitiklər artıq neft bazarı ilə bağlı proqnoz irəli sürməyə ehtiyat edir. Bazar tam şəkildə baş verənlərin təsiri altındadır, bu səbəbdən həftə ərzində qiymətlərin hər gün 1 dollaradək qalxacağı heç kim üçün sürpriz olmayacaq.
Vüqar MƏSİMOĞLU
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 Mart
09 mart 2016 17:15 (UTC +04:00)
Sosial
Sosial yardım alanlar “Sosial tərəfdaş” layihəsi çərçivəsində endirimdən faydalana bilərlər
09:00
22 may 2024
Bakıda sıxlıq olan yollar - SİYAHI
08:33
22 may 2024
Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı müşavirə keçirilib
19:25
21 may 2024
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib
17:48
21 may 2024