Bank Of Baku

Ombudsman Şəki Penitensiar Kompleksinə başçəkmə həyata keçirib

Ombudsman Şəki Penitensiar Kompleksinə başçəkmə həyata keçirib
# 07 aprel 2014 12:52 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM)  funksiyalarını icra edən İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Kompleksinə başçəkmə həyata keçirib.

 

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmənin məqsədi bu müəssisədə məhkumların və istintaq altında olan şəxslərin saxlanılma şəraitinin, onlara qarşı rəftar vəziyyətinin araşdırılması olub.

 

Başçəkmə zamanı 900 nəfərin saxlanılması üçün nəzərdə tutulan, altı korpusdan ibarət kompleksin istintaq təcridxanasının bütün obyektlərinə, o cümlədən kameralara, cərimə təcridxanasına, tibbi-sanitar hissəyə, görüş otaqlarına, kitabxanaya, mətbəxə, camaşırxanaya baxış keçirilib,  saxlanılma  şəraitinin  müasir  standartlara  cavab  verdiyi  müşahidə olunub.

 

Ombudsman müəssisədə saxlanılan bir sıra şəxslərlə, o cümlədən məhkumlarla görüşüb, onlara insan hüquqlarını və Müvəkkilin səlahiyyətlərini izah edib, təqsirləndirilən, həbs yerlərində saxlanılan  şəxslərin,  məhkumların  hüquqlarının  müdafiəsi  sahəsində  fəaliyyəti  barədə  məlumat  verib, saxlanılan  şəxslərə  müvafiq tövsiyələrini bildirib.

 

Qəbul edilən şəxslər saxlanılma şəraitindən, qidanın keyfiyyətindən və müəssisə  əməkdaşlarının  onlara  qarşı  rəftarından narazılıq etməyiblər.

 

E.Süleymanova Şəki Penitensiar Kompleksinin rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələrini verib.

 

Ombudsman səfər çərçivəsində habelə Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) müvəqqəti saxlanma  yerinə (MSY)  baxış  keçirib,  saxlanılma şəraiti, rəftar və müvafiq sənədləşmə araşdırılıb.

 

Müvəkkil MSY-də saxlanılan şəxslərlə  söhbət  aparıb, hüquqlarını  izah edib, vəziyyətlərini öyrənib. Həmin şəxslər  saxlanılma  şəraitindən  və  müəssisə  əməkdaşlarının  onlara  qarşı  rəftarından narazılıq etməyiblər.

 

Müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR