Bank Of Baku

Ombudsman UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

Ombudsman UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib
# 20 dekabr 2012 12:14 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevardı və onun əməkdaşlarını qəbul edib.

 

Ombudsma Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşün məqsədi Ombudsmanın UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığı çərçivəsində son illərdə görülən işləri nəzərdən keçirmək və növbəti iki ildə birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olub.

 

Görüşdə E.Süleymanova son illərdə Ombudsman ilə UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi arasında imzalanan İş Planları çərçivəsində görülən işlər barədə məlumat verib, uşaq hüquqlarının müdafiəsi və təbliği istiqamətində bir çox uğurlu işlərin görüldüyünü söyləyib.

 

M.Herevard Müvəkkilin insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirib, növbəti illərdə təmsil etdiyi qurumun Ombudsman təsisatı ilə əməkdaşlığının davam etdirəcəyini bildirib.

 

Müvəkkil 2013-cü ildə UNİCEF-in Azərbaycan nümayəndəliyinin fəaliyyətinin 20 illiyi münasibətilə “UNİCEF Azərbaycanda - 20 il” mövzusunda Gəncə, Şəki, Cəlilabad və Qubada birgə tədbirlərin keçirilməsini tövsiyə edib. E.Süleymanova və M.Herevard uşaqların hüquqlarının müdafiəsi naminə  birgə əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR