Bank Of Baku

Ötən il Azərbaycanda 5 bələdiyyənin ləğvi üçün məhkəmələrdə iddialar qaldırılıb

Ötən il Azərbaycanda 5 bələdiyyənin ləğvi üçün məhkəmələrdə iddialar qaldırılıb
# 06 mart 2013 11:00 (UTC +04:00)

 

Bakı. Fuad Cəfərov - APA. Ötən il 5 bələdiyyənin ləğvi üçün məhkəmələrdə iddialar qaldırılıb.  APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetindən Milli Məclisə ötən ilin yekunları ilə bağlı təqdim olunan hesabatda qeyd olunub.

 

2012-ci il ərzində inzibati nəzarət qaydasında 52370 bələdiyyə aktına baxılıb. Nazirliyin təklifləri əsasında 1093 akt dəyişdirilib və ya ləğv edilib, 5-nin  ləğvi üçün məhkəmələrdə iddialar qaldırılıb.

 

İnzibati nəzarət icraatı zamanı bəzi bələdiyyələrin fəaliyyətində aşkar edilən cinayət xarakterli hüquq pozuntular, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar 28 faktla bağlı material hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib və artıq 15-i üzrə cinayət işi başlanılıb. Bələdiyyə aktlarını vaxtında təqdim etməyən 517 bələdiyyə sədri barədə məhkəmələrin inzibati xəta protokolları göndərilib.

 

Bələdiyyələr tərəfindən qanunsuz ayrılan 8970 hektar (əvvəlki ildəkindən 2 dəfə çox) torpaq sahəsinin geri qaytarılması, bələdiyyə büdcəsinə vurulan ziyanın 305 min manatının ödənilməsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR