Bank Of Baku

Ötən il Azərbaycanda 88 alim elmlər doktoru, 579 nəfər fəlsəfə doktoru elmi dərəcələrinə layiq görülüb

Ötən il Azərbaycanda 88 alim elmlər doktoru, 579 nəfər fəlsəfə doktoru elmi dərəcələrinə layiq görülüb
# 05 mart 2014 10:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2013-cü ildə Azərbaycanda elmin inkişaf etdirilməsinə dövlət büdcəsində 130,5 milyon manat və ya 2012-ci illə müqayisədə 5,8% çox vəsait nəzərdə tutulub.

 

APA-nın məlumatına görə, Azərbaycan Nazirlər Kabinetinin 2013-cü ilə dair hesabatında qeyd olunub ki, dövlət büdcəsindən elm sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclərin həcmi 2012-ci illə müqayisədə 31% artaraq 3,8 milyon manat olub.

 

Ötən ilin nəticələrinə görə, elm və elm xidmətləri fəaliyyət növü üzrə orta aylıq minimal əmək haqqı 2012-ci ilin səviyyəsini üstələyərək 358,1 manat təşkil edib. Respublikanın elmi müəssisələrində 160 elmi problemin 500-ə yaxın mövzu üzrə 1450-dən artıq tədqiqat işləri aparılıb, mühüm nəticələr əldə edilib. 60-dan yuxarı elmi-tədqiqat işlərinin nəticələri uğurla istehsalatda tətbiq olunub və təkcə hesabat ilində 1 milyon manatdan artıq səmərə əldə edilib.

 

Bütövlükdə ötən ildə elmi tədqiqatların nəticələrinə görə 600 addan çox kitab, 7000-ə yaxın məqalə, o cümlədən 2000-ə yaxın məqalə xaricdə çap edilib. İl ərzində 88 alim elmlər doktoru, 579 nəfər fəlsəfə doktoru elmi dərəcələrinə layiq görülüb, 84 nəfərə professor, 267 nəfərə isə dosent elmi adları verilib. Alim və mütəxəssislərə 112 ədəd patent verilib. Elm müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların təmiri və yenidənqurulması məqsədləri üçün 50 milyon manatdan artıq vəsait sərf olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR