Bank Of Baku

Ötən il Azərbaycanda kurrikulumun tətbiqi üzrə 34 244 nəfər müəllimə təlim keçirilib

Ötən il Azərbaycanda kurrikulumun tətbiqi üzrə 34 244 nəfər müəllimə təlim keçirilib
# 29 mart 2014 08:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ötən il Azərbaycanda müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində müəyyən işlər görülüb.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, hesabat ili ərzində şöbə tərəfindən əlavə təhsil sahəsində tədbirlər səmərəli şəkildə təşkil edilib və həyata keçirilib.

 

Belə ki, Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin “Pedaqoji kadrlar üçün ixtisasartırma təhsilin müasirləşdirilməsi” komponentinin “İcra planı”na əsasən 2013-2014-cü tədris ilində ibtidai və V-VI siniflərdə işləyəcək fənn müəllimlərinin yeni kurrikulumların tətbiqi üzrə təlim kurslarının keçirilməsi üçün müvafiq təşkilati işlər yerinə yetirilib, təlimlərlə bağlı hazırlıq işləri aparılıb. Ötən il 34 244 nəfər müəllimin təlimlərdən keçirilməsi təmin edilib, nəticələrə dair hesabatlar təhlil edilərək müvafiq rəy və təkliflər hazırlanıb.

 

2012-2013-cü tədris ilində respublikanın şəhər və rayonlarının yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurrikulumlarının tətbiqi üzrə 30 saatlıq (5 günlük) təlim kursları təşkil edilib, ümumilikdə bu təlimlərə 4052 nəfər rəhbər təhsil işçisi cəlb edilib. Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təqdimatları əsasında yenidənhazırlanma təhsili almaq üçün ərizə verən 606 müəllimin şəxsi işi araşdırılıb və mövcud tələblərə cavab verən 369 nəfərin müsahibəyə buraxılmasına dair razılıq məktubu və siyahılar hazırlanaraq rəhbərliyə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR